Bazar ertəsi ABŞ Ali Məhkəməsi asiyalı-amerikalı musiqi qrupunun özünə təhqiramiz ad vermək haqqına sahib olduğuna dair qərar verib.
Oreqon ştatının Portland şəhərində fəaliyyət göstərən qrup ABŞ-ın Patent və Əmtəə Nişanı İdarəsində “The Slants” adını qeydiyyatdan keçirə bilmirdi. Buna səbəb “slant” sözünün asiyalıların göz quruluşuna təhqiredici istinad olmasıdır.
Amma ABŞ-ın ali məhkəməsi təhqiramiz ticarət markalarına qarşı qadağanı aradan qaldıraraq, bu qadağanın azad söz haqlarını pozduğunu bildirib.
Bu qərarın azad söz və əmtəə nişanları ilə bağlı digər məhkəmə işlərinə də böyük təsiri ola bilər. Belə ki, bu, ticarət nişanını qorumağa çalışan Milli Futbol Liqasının Vaşinqton Redskins (Qızıldərililər) komandası üçün qələbə hesab olunacaq.
Komandanın ticarət markaları 2014-cü ildə hinduların qrupun adının təhqiredici olduğuna dair şikayətlərindən sonra ləğv edilib.