İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri 400 milyon əhalini, milyonlarla kilometr ərazini əhatə edir. Üzv ölkələrin böyük təbii ehtiyatları və potensialı var. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İƏT-in Bakı Sammitində bildirib.
Onun fikrincə, demokratiya axtarışı, mili sərvətlərin bərabər və düzgün bölünməsi region ölkələrinin əsas prioritet istiqamətləridir.
“İkinci dünya müharibəsindən sonrakı bütöv dövr göstərdi ki, indiki sistem ədalətin bərpası üçün bəs etmir. Dünya siyasətini müəyyən edən təşkilatların fikirləri daha aydın başa düşülməlidir”, o qeyd edib.
O, İƏT ölkələrinin qlobal iqtisadi və maliyyə böhranının qarşısının alınmasında daha fəal mübarizə aparmasını vacib sayır.
“Regional əməkdaşlıq genişləndirilməlidir. Biz hələ də öz potensialımızı tam reallaşdıra bilmirik. İƏT ölkələrinin ümumdaxili məhsulu dünya iqtisadiyyatının cəmi 2 faizini təşkil edir”.
Baş nazir İƏT ölkələri arasında 8 il öncə imzalanmış qarşılıqlı ticarət sazişini xatırladıb.
“8 il ərzində üzv ölkələr azad ticarət zonalarının yaradılmasına nail ola bilməyib. Belə zonaların yaradılması üzv ölkələr arasında ticarət dövriyyəsini 8 dəfə artıra bilər”.
O, ərzaq təhlükəsizliyinin təminatında üzv ölkələrin rolunun artırılmasının vacib olduğunu deyib.
“Biz İpək Yolunun tarixi ənənələrini bərpa etməliyik. Layihəyə Pakistan və Orta Asiya da qoşulmalıdır. Nəqliyyat axınları asanlaşdırılmalıdır”.
O, nəqliyyat axınlarında Bakı-Tbilisi-Qars dəmir yolunun və avtomobil daşımalarının artırılmasının əhəmiyyətini qeyd edib.