Accessibility links

Rebekka Vinsent: “Xədicənin həbsi rejimin imicinə ciddi ziyan vurur” [Video]


Sports for Rights kampaniyasının koordinatoru Rebekka Vinsentin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Sports for Rights kampaniyasının koordinatoru Rebekka Vinsentin Amerikanın Səsinə müsahibəsi

Sports for Rights Kampaniyasının koordinatoru Rebekka Vinsent Amerikanın Səsinə müsahibə verib

Vaşinqtonda səfərdə olan insan haqları fəalı Rebekka Vinsent Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ paytaxtında hökumət institutları və Konqresdə görüşlər keçirir. O, görüşlər zamanı Azərbaycanda insan haqları pozuntuları barədə danışdığını və məsələ barədə müzakirələr apardığını deyir. Xanım Vinsentin fikrincə yüksək səviyyəli siyasi məhbusların hələ də həbsdə qalması, bu məsələnin daha çox gündəmdə olmasına gətirib çıxarır. Onunla müsahibəni təqdim edirik.

Amerikanın Səsi: Vaşinqtona səfərinizin məqsədi nədir? Azərbaycandakı vəziyyətə dair hansı görüşlər keçirmisiniz?

Rebekka Vinsent: Mən burada koordinasiya etdiyim Sports for Rights Kampaniyasını təmsil edirəm. Bu, beynəlxalq diqqəti Azərbaycandakı insan haqlarına yönəltmək məqsədi daşıyan beynəlxalq insan haqları təşkilatlarının koalisiyasıdır. Vaşinqtonda son bir neçə gündə Azərbaycanda ifadə azadlığı və insan haqlarının vəziyyətinə dair müzakirələr aparmaq üçün hökumət institutları və Konqresdə görüşlər keçirmişik.

Amerikanın Səsi: Vaşinqton və digər paytaxtlarda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məlumatlanmanın artdığı düşünürsünüzmü?

Rebekka Vinsent: Bəli, deməliyəm ki, xüsusilə son bir ildə artan məlumatlanma var. Təəssüf ki, bu, vaxtaşırı negativ səbəblərlə baş verir. Çünki Xədicə İsmayılova və İlqar Məmmədov kimi yüksək səviyyəli siyasi məhbusların hələ də həbsdə qalması bu məsələnin daha çox gündəmdə olmasına gətirib çıxarır.

Xədicə İsmayılova və İlqar Məmmədov kimi yüksək səviyyəli siyasi məhbusların hələ də həbsdə qalması bu məsələnin daha çox gündəmdə olmasına gətirib çıxarır.
Rebekka Vinsent

Amerikanın Səsi: Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair söhbətlər dolaşır və bildiyiniz kimi Vaşinqton Post Qlobal Maqnitski Aktının qəbuluna çağırıb. Siz bu aktı dəstəkləyirsinizmi?

Cavab: Bəli, tam dəstəkləyirəm. Mən inanıram ki, insan haqlarını pozan hökumət rəsmilərinə fərdi sanksiyaların tətbiqi Azərbaycanın insan haqları öhdəliklərinə sadiq qalması üçün effektiv addım olardı. Biz Qlobal Maqnitski Aktını, həmçinin Konqresdə masa üzərində olan Azərbaycan Demokratiya Aktını, eləcə də fərdi sanksiyaların tətbiqindən istifadə edən digər mexanizmləri dəstəkləyirik.

Amerikanın Səsi: Bu yaxınlarda Xədicə İsmayılova başqa bir mükafata, Yunesko tərəfindən nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Sizcə Xədicə İsmayılovanın həbsi İlham Əliyev hökumətinin, eləcə də Azərbaycanın imicinə nə qədər xələl gətirib?

Cavab: Bu, həqiqətən Azərbaycanın imicinə xələl gətirib. Utancvericidir. Xədicə İsmayılova çox cəsarətli araşdırmaçı jurnalistdir. Onun işi ölkədə baş verənlərin üzə çıxması üçün çox mühümdür. O, baş verənlərə hökuməti cavabdeh tutmaq istəyir. Xədicə nə qədər çox həbsdə qalsa, onun işinə və Azərbaycanda insan haqları pozuntularına dair beynəlxalq diqqət daha artıq olacaq. Bu yaxınlarda açıqlanan Panama Papers bir daha diqqəti onun araşdırdığı mövzular kimi araşdırmalara yönəltdi. Cəmi bir neçə gün əvvəl o yaydığı yeni araşdırmada Londondakı daşınmaz əmlakların prezidentin ailə üzvlərinə məxsus olduğunu ifşa etdi. Hətta həbsdə olarkən onun işinin təsirləri var. Bəli, Xədicənin həbsi rejimin və eləcə də ölkənin imicinə ciddi ziyan vurur və o, dərhal və qeyd-şərtsiz azad edilməlidir.

Bu gün Vaşinqtonda olmağımın səbəbi də ölkəyə davamlı diqqəti təmin etmək, son azad olunanlarla oyunun başa çatmadığını diqqəyə çatdırmaqdır. Hələ də Azərbaycanda siyasi məhbuslar mövcuddur və hər gün yeni işlər var. Biz Meydan TV-nin vəziyyətindən ciddi narahatıq. Cinayət istintaqında 15 jurnalistin adı hallanır.
Rebekka Vinsent

Amerikanın Səsi: Ölkədəki vəziyyət, ifadə azadlığı və mətbuat azadlığının gələcəyi barədə nikbinsinizmi?

Cavab: Fikrimcə nikbin olmalıyıq. Bu ölkədə insan haqları fəaliyyətləri aparmaq çox çətindir, çünki ildən ilə vəziyyət daha da pisləşir. Bu yaxınlarda bəzi müsbət addımlar qeydə alınıb, ancaq eyni zamanda siyasi motivli həbs siyasəti davam etdirilib. Mən gələcək barədə nikbinəm. Ancaq hazırda çoxsaylı problem var. Bu gün Vaşinqtonda olmağımın səbəbi də ölkəyə davamlı diqqəti təmin etmək, son azad olunanlarla oyunun başa çatmadığını diqqəyə çatdırmaqdır. Hələ də Azərbaycanda siyasi məhbuslar mövcuddur və hər gün yeni işlər var. Biz Meydan TV-nin vəziyyətindən ciddi narahatıq. Cinayət istintaqında 15 jurnalistin adı hallanır. Yazıcı Əkrəm Əylisliyə qarşı cinayət ittihamlarından narahatıq və hər gün yeni işlər başlanır. Ona görə də biz Vaşinqtonda rəsmiləri vəziyyətə diqqətlərini davam etdirməyə və Azərbaycan hökuməti ilə təmaslarında bu məsələləri qaldırmağa çalışırıq.

XS
SM
MD
LG