Accessibility links

REAL parlamentə vətəndaşların adından qanun layihələri təqdim etmək istəyir


REAL
REAL

"Respublikaçı Alternativ" Partiyası (REAL) Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi haqqında qanunvericilik təşəbbüsünə dəstək və devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün 40 min seçici imzası toplanması kampaniyasına başlanması haqqında qərar qəbul edib.

Bu barədə REAL-ın məclisinin oktyabrın 27-də keçirilən iclasında qərar qəbul edilib.

Partiya Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə istinad edir. Bu maddəyə əsasən 40 min seçici parlamentə qanun layihəsi təqdim edə bilər.

Partiya "Devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi haqqında" qanun qəbul edilməsini təklif edir.

Məclis həmçinin REAL-ın erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə partiyanın atacağı addımlar strategiyasını təsdiq edib.

XS
SM
MD
LG