Accessibility links

Beynəlxalq Miqrasiya Xidməti və Avropa İttifaqı Azərbaycanda readmissiya idarəçiliyinə yardım göstərir


Miqrasiya_logo
Miqrasiya_logo

2013-cü ildə Aİ Azərbaycanla readmissiya üzrə ilk sazişi imzalayacaq

“Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin başlanması ilə bağlı tədbir keçirilib. Layihə Beynəlxalq Miqrasiya Xidməti (BMX) və Avropa İttifaqının dəstəyi ilə keçirilir.

BMX-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin vəzifəsinin icraçısı Serhan Aktorpak bildirib ki, ümumi məbləği 1 492 457 avro dəyərində layihə 2 il müddətinə reallaşacaq. Məqsəd üç region ölkəsində səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılması və inkişafıdır.

Layihə readmissiya sazişlərinin bağlanmasına kömək edilməsini və sonrakı icrası ilə bağlı hökumətlərə texniki yardım və geri qayıdanların mənşə icmalarında davamlı reinteqrasiyasının dəstəklənməsini nəzərdə tutur.

S.Aktorpakın sözlərinə görə, layihədə üç spesifik məqsəd var: readmissiya kazuslarının səmərəli idarəetmə sisteminin yaradılmasına yardım etmək; miqrantların qəbul mərkəzlərinin idarə edilməsi üçün potensialları artırmaq; geri qayıdan miqrantların reinteqrasiyasına yönələn səmərəli institusional mexanizmlərin yaradılmasına köməklik etmək.

BMX DMX, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir.

S.Aktorpak bildirib bu, Azərbaycanda readmissiya sahəsində ilk layihədir. Lakin son illər ölkədə milli readmissiya strategiyasının hazırlanması üzrə iş aparılıb. 2013-cü ildə Aİ Azərbaycanla readmissiya üzrə ilk sazişi imzalayacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişin imzalanmasında əsas məsələlərlə bağlı razılığa gəlinib. Hazırda dünya əhalisinin 3%-ni miqrantlar təşkil edir.

Hazırda Aİ-də 19,5 mln. nəfər üçüncü ölkənin vətəndaşıdır, bu isə Aİ əhalisinin 4%-dir.

DMX-nin rəis müavini Pərviz Musayev bildirib ki, Azərbaycanda miqrantların saxlanması üçün mərkəz yaradılıb. Burada qaçqın statusunu alacağını gözləyənlər yaşayır. Aşkar edilmiş qeyri-leqal miqrantlar da ora yerləşdirilir. P.Musayevin sözlərinə görə, mərkəzdə insan hüquqlarına tam əməl olunur.

Bundan əlavə, gələn və gedən miqrantlar haqqında vahid informasiya bazası yaradılıb. Aprelin 1-dən bütün miqrantların yaşayış yeri üzrə qeydiyyatı üzrə yeni qaydalar tətbiq edilib.

Azərbaycana gələn bütün əcnəbilər üç gün ərzində bu barədə DMX-yə məlumat verməlidir. 4 gün ərzində yaşayış yeri üzrə 1000 miqrant qeydə alınıb.


Qeyri-leqal miqrantların Azərbaycana deportasiyası xərclərinin kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı sualın cavabında P.Pərviz göndərən tərəfin maliyyələşdirdiyini bildirib.

Öz növbəsində “Azərbaycan Miqrasiya Mərkəzi” QHT-nin mərkəzi Əlövsət Əliyev qeyd edib ki, uzun müddət ölkə hökuməti readmissiya haqqında sazişin imzalanmasına maraq göstərməyib.

Bunun səbəblərindən biri Azərbaycandan qanunsuz olaraq gedən və Avropadan deportasiya olunan üçüncü ölkə vətəndaşlarının qəbulu ilə bağlı xərclər idi. Lakin bu narahatlıq əsassızdır, çünki Aİ ölkələrindən bir qayda olaraq cinayət törətmiş şəxslər deportasiya edilir.

Azərbaycan vətəndaşları Aİ-yə getmək üçün uzun illər mürəkkəb viza prosedurundan keçirlər. “Bu gün MDB ölkələrinin bir çoxu, hətta Ermənistan Şengen vizasına görə 30 avro, Azərbaycan vətəndaşları isə 60 avro ödəyir”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG