Ərəb Liqası Suriyanın ölkədə hökumət qüvvələri ilə müxalif nümayişçilər arasında baş verən qanlı qarşıdurmalar son qoyacaq plana cavab verməyini gözləyir.
Qətərin paytaxtı Dohadan danışıqlardan sonra Qətər baş naziri Həməd Bin Casim Əl-Tani deyib ki, Suriyaya müsbət və ciddi təklif irəli sürülüb. Rəsmilərin sözləronə görə, Ərəb Liqası Dəməşqdan cavab gözləyir.
Ərəb Liqasının planını detalları açıqlanmayıb ancaq qrupun Dəməşqlə razılıq əldə olunması üçün əvvəlki cəhdondə Suriya prezidenti Bəşar Əl-Əsəddən qüvvələrini geri çağırmaq və yeni seçkilər keçirmək tələb olunurdu.