Fələstin Azadlıq Təşkilatının rəsmisi Hənan Əşrəfi "Ərəb Baharı"nın fələstinlilərin Həmas və Fəttah qrupları arasında barışıq daxil da edilməklə, Yaxın Şərqə böyük təsirlər göstərdiyini deyir. Lakin İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində bu həftənin əvvəlində etdiyi çıxışı zamanı İsrailin Həmasın aparıcı rol oynayacağı Fələstinlə heç bir danışıqlara getməyəcəyini deyib.
Dünyanın sənayesi inkişaf etmiş dövlətləri Yaxın Şərqdə demokratik dəyişikliklər üçün milyonlar vəd etmişlər. Bütün bunlar "Ərəb Baharı"nın bəhrələridir. Lakin bu "bahar"ın İsrail və fələstinlilər arasındakı münasibətlərə hələ ki, heç bir təsiri yoxdur.
“İsrail Əl-Qaidənin tərəfindən himayə olunan Fələstin hökuməti ilə danışıqlara getməyəcək” - deyə, İsrailin baş naziri Benyamin Netanyahu bildririb. O, Həmas yaraqlı qrupunun daxil olduğu Fələstin hökuməti ilə sülh barədə müzakirələrin mümkün olmayacağını deyib.
Fələstin Azadlıq Təşkilatından Hənan Əşrəfi bunun düzgün addım olduğunu, Fələstində birliyin bütün qruplaşmaları hökumətdə bir araya gətirmək nəticəsində olacağını deyir.
“Həmas bu demokratik plüralist çərçivədə yer alıb. O, demokratiyanın alternativi deyil” - deyə xanım Əşrəfi bildirir.
Lakin İsrail Həmasın hər hansı rolunu qəbul etmir. İsrail səfriliyinin sözçüsü Conatan Peled deyir ki, İsrail onun məhv olmasını istəyən təşkilatla danışıqlar masasında otura bilməz.
Sentyabr ayında BMT-nin Baş Assambleyasında Fələstinin dövlət kimi tanınması təklifi barədə qərar qəbul ediləcəyi gözlənilir. Xanım Əşrəfi bunun üzvlüyə gətirib çıxaracağını və beynəlxalq icmanın subyekti kimi dividentlərlə müşayiət olunacağını deyib.
İsrail sözçüsü isə nə ABŞ-ın, nə də digər dövlətlərin buna imkan verməyəcəyini deyir.
Beləliklə, "Ərəb Baharı"nın Fələstin-İsrail münasibətlərindəki buzu əridəcəyi qeyri-müəyyən qalır.