Pakistan rəsmiləri iki pakistanlını öldürən Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) kontraktorunu azadlığa buraxıb. Pəncab vilayətinin qanun naziri Rana Fanaullah bu gün mətbuata deyib ki, Raymond Deyvidin ilk olaraq Lahorda iki qətldə ittiham edilirdi. Lakin proses zamanı mərhumların qohumları İslam qanunu altında təzminat müqabilində Deyvidin törətdiyi cinayəti bağışlamağa razılaşıblar. Deyvidin Pakistanda olub-olmadığı məlum deyil. Lahor şəhərində prokurorlar 36 yaşlı amerikalını yanvarın 27-də iki nəfərə atəş açaraq onları öldürməkdə ittiham edirdilər.
Lahor şəhərində prokurorlar 36 yaşlı amerikalını yanvarın 27-də iki nəfərə atəş açaraq onları öldürməkdə ittiham edirdilər