Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə dekabrın 2-də keçirilən prosesdə ittiham şahidlərinin ifadələri davam edib.
Xatırladaq ki, məhkəmə qapalı keçirilir. Vəkil və şahidlərdən prosesin açıqlanmaması barədə iltizam alınıb.
Vəkil Fuad Ağayev jurnalistlərə bildirib ki, məhkəmə istintaqı davam edir və növbəti iclas dekabrın 9-na təyin edilib.
Xatırladaq ki, jurnalist Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri R.Mirqədirovu siyasi məhbus hesab edirlər. Amnesty İnternatioanl Rauf Mirqədirovu “vicdan məhbusu” elan edib.