Soyqırım, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət üzrə 11 ittihamla üzləşən Bosniya serblərinin sabiq ordu komandiri General Ratko Mladiç üzərində bu gün Haaqada beynəlxalq tribunal başlanıb.
“Bosniya Cəlladı” ləğəbi ilə tanınan 70 yaşlı sabiq komandir Bosniyanın Srebrentisa şəhərində 8000 kişi və oğlanın qətlinə fərman verməkdə ittiham olunur. General Mladiç habelə Bosniya-Herseqovinanın paytaxtı Sarayevonu qanlı müharisərəyə almaqda ittiham olunur.
Peşəcə hərbçi olan Mladiç Belqradda Yuqoslav Xalq Ordusunu hərbi akademiyasında təhsil alıb. 1990-cı illərdə Yuqoslaviya dağılmağa başlayanda General Mladiç Bosniya serblərinin hərbi qüvvələrinə komandanlığı ələ aldı.