Bu gün səhər saatlarında jurnalsit Rasim Əliyev 1 saylı Xəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Adının çəkilməsini istəməyən həkim Amerikanın Səsinə bildirib ki, Rasim Əliyevin dalağı partlayıb, bundan sonra təzyiqi aşağı düşüb,nəticədə daxili qanaxmadan dünyasını dəyişib.
Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib. Onun ailə üzvləri və polis əməkdaşları da oradadı.
Rasim Əliyevin atası Məmmədəli Əliyev oğlunu sonuncu dəfə reanimasiya süni tənəffüz aparatına qoşulu vəziyyətdə görüb.
Onun sözlərinə görə bu səbəbdən oğlu ilə danışa bilməyib.
Atası deyib ki ki avqustun 8 və 9-da hüquq -mühafizə orqanları oğlundan izahat alıblar və cinayət işi açılıb.
Rasim Əliyevin atası bu hadisəni vəhşilik kimi qiymətləndirib.
“Bunu respublikada hökm sürən özbaşınalıq qiymətlənidirəm.”Burada heç bir sivil hərəkətdən söhbət gedə bilməz.Bu zorakılıqdır. Kiminsəsöz xoşuna gəlmir ölkədə məhkəmə sistemi var.Təzminat ala bilərsən. Bu prosesdə heç bir şey olmayıb. Gedib döyürük öldürürk...”
Atası Kütləvi İnformasiya vasitəsilə müraciət edib.
“Mənim müraciətim ondan ibarətdir ki, hüquq- mühafizə orqanları bizim dövlətin qanunu əsasında bu işə baxmalıdır..Cinayətkar öz haqlı cəzasını almalıdır. Mən də bunu bilməliyəm. Bir valideyn kimi bilməliyəm ki, həqiqətən də dövlətdə belə bir sistem var.”deyə o bildirib.