İraqda bomba partlayışı nəticəsində 31 adam həlak olub. Hadisə paytaxtın şiə məhlləsində baş verib. Zəfəraniyədə həyata keçirilən hücum zamanı 60 adam yaralanıb. Şahidlərin dediyinə görə, partlayış yaxınlıqladakı evlərin alovlanması və şüşələrinin sınmasına yol açıb.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin ölkə rəsmiləri zorakılqılara görə sünni yaraqlıları günahlandırır.
Ötən aydan bəri İraqda 200-dən artıq insan zorakılıqların qurbanı olub. Onların əksəriyyəti şiələr və təhlükəsizlik qüvvələrinin üzvləridir.