Accessibility links

İran təyyarələrinin beynəlxalq hava limanlarında heç bir məhdudiyyətlərlə üzləşmədiyini bildirib


Britaniya, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı hər hansısa qadağa tətbiq edildiyini inkar edib

İranın Xarici İşlər Nazirliyi sanksiyalara görə İran təyyarələrinin beynəlxalq hava limanlarında benzin doldurmalarına icazə verilmədiyinə dair iddiaların doğru olmadığını bildirib. Nazirliyin sözçüsü Ramin Mehmanpərəstin dediyinə görə, keçən həftə Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İran təyyarələri heç bir məhdudiyyətlə üzləşməyib.

İranın İSNA xəbər agentliyinin məlumatında Britaniya, Almaniya və Birləşmiş Ərəb Əmirliklərində İrana təyyarələrə benzin doldurmalarına yol verilmədiyi bildirilmişdi. Bu ölkələrin hər üçü hər hansısa qadağa tətbiq edildiyini inkar edib. Lakin Əmirliyin mənbələri özəl bir şirkətin İran təyyarəsini yanacaqla təmin etməkdən imtina etdiyini deyir. Bu arada Çin bu gün ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsini qınayıb.

XS
SM
MD
LG