İran prezidenti Mahmud Əhmədinejad ətrafında siyasi qalmaqallların artdığı bir vaxt ölkənin siyasi sisteminin sabitliyinə dair suallar yaranıb. Bunlardan biri ölkədə etiraz hərəkatının baş qaldırması ilə bağlıdır.
İki il əvvəl Əhmədinejadın yenidən prezident seçilməsindən sonra ruhani rəhbərlərlə mühafizəkar liderlər arasında hakimiyyət mübarizəsi baş qaldırıb. Baxmayaraq ki, ali ruhani rəhbər Əli Xameneyi və onun müttəfiqləri mübahisəli seçkilərdə Əhmədinejadın qalib gəldiyini elan etmişdilər. Onlar prezidentin onun istədiyi kimi qüdrətə malik olmayacağına da aydınlıq gətirmişdi.
Təhlilçilərin fikrincə, dindar qurum ölkədə sabitzliyə yol verməmək üçün prezidentin hakimiyyətini başa vurmasına imkan verəcəklər. Böyük Britaniyanın İrandakı sabiq səfiri Riçard Dalton deyir ki, mollalar 2013-cü il prezident seçkilərində daha riayətkar birini dəstəkləyəcəklər.“Daha az populist olub, daha ənənəvi bir liderə üstülük veriləcək. Ağızdolu vədlər verib, yerinə yetirməyən birinə deyil”.
Dalton və digər ekspertlər hesab edir ki, Əhmədinejadın problemləri İranda islahatlar aparılacağı demək deyil.“İran ruhaniləri, ordusu, təhlükəsizlik xidməti və hökumət aparatları təkcə İranda islahatları məhdudlaşdırmaq deyil, hətta ölkə xaricində kücə və dissident siyasətlərini susdurmağa çalışır.Bu tendensiya olduqca güclüdür. ”
Londondan Təhlükəsizlik eksperti Metsa Rəhiminin dediyinə görə, Qərb müçahidəçiləri İranda siyasi mübahisələrin ölkəni zəiflədəcəyini düşünməməlidir.“Bir iki il əvvəl İranda müqavimət müşahidə edilirdi. İran hökuməti kütləvi iğtişaşlara nəzarət etməyi bacarır. Burada Tunis və ya Misir kimi hərəkatlar gözlənilmir”.
Metsa Rəhimi deyir ki, Yaşıl Hərəkatın gənc tərəfdarları artıq böyük dəyişiklilərə ümidlərini itirib.“2009-cu ildə gənclər əzmli idi. İndi isə onlar küçə etirazlarının dəyişiklik gətirəcəyini düşünmürlər.İndi daha artıq iranlı gənc etiraz olaraq, vətənlərini tərk edir”.
Ekspertlər İran iqtisadiyyatının zəifləyəcəyini proqnozlaşdırır. Onlar deyir ki, neft qiymətləri yüksək qalsa, nəzəri mülahizələrdənsə, küçə etirazlarına üz tutulmalıdır.