İranın dövlət televiziyası ilə Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin casusu olduğu deyilən şəxs nümayiş etdirilib. Əmir Mirzeyi Hekməti adlı həmin şəxsin Arizona ştatında anadan olduğu deyilib.
Videoda Amerikanın İraq və Əfqanıstandakı hərbi bazalarında xüsusi təlimlər keçən Hekmətinin İranın kəşfiyyat xidmətinə daxil olmaq missiyası ilə oraya göndərildiyini etiraf etdiyi göstərilib.
Vaşinqton məsələyə münasibət bildirməyib.