İranda islahat tərəfdarı olan jurnalist və siyasi fəal Fərid Salavati tutulub.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) İsfahan şöbəsinin əməkdaşları Fərid Salavatini iyunun 12-si axşam saatlarında evindən tutub bilinməz istiqamətə aparıblar. Evdə axtarış aparılıb, jurnalistə məxsus bir sıra şəxsi əşyalar götürülüb.
Jurnalistin konkret hansı ittihamla tutulduğu bilinmir.