Azərbaycanlı şair və jurnalist Fəranək Fərid azadlığa buraxılıb. O, 42 gün idi Təbriz zindanında saxlanırdı.
Eyni zamanda tərcüməçi və qadın hüquq müdafiəçisi olan Fəranək Fəridi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları sentyabrın 3-də Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq Təbrizdə keçirilən aksiyaya görə küçədə tutub aparmışdılar.
Fəranək Fəridə Təbriz zindanında işgəncələr verildiyi bildirilir.
“Media forum” saytının məlumatına görə, oktyabrın 15-də sərbəst buraxılan Fəranək Fəridin hansı şərtlərlə azad edilməsi və konkret nədə günahlandırıldığı hələlik bilinmir.