Accessibility links

İranda azərbaycanlı fəalların məhkəməsi olub


İranda həbs
İranda həbs

Azərbaycanlı fəallar ölkənin milli təhlükəsizliyinə xələl gətirməyə cəhd göstərməkdə günahlandırılıb

İranda 11 azərbaycanlı fəalın məhkəməsi keçirilib. APA Agentliyinin məlumatına görə, proses iyunun 26-da Xoy İnqilab Məhkəməsində keçirilib.

Şirzad Hacilu, Bəhmən Nəsirzadə, Şəhram Yüzbaşı, Məhəmməd Əhədi, Vahid Faizpur, Cavad Pərixani, Mehdi Tufarqanlı, Həmid Pur Cəfər Əli, Mehdi Qiyasi, Məhəmməd Xuruşa və Məhəmməd Bayat ölkənin milli təhlükəsizliyinə xələl gətirməyə cəhd göstərməkdə və qanunsuz toplantılara qatılmaqla ümumi asayişi pozmaqda günahlandırılıb. Məhkəmənin azərbaycanlı fəallar barəsində nə qərar çıxardığı açıqlanmayıb.

Qeyd edək ki, azərbaycanlı fəallar avtomobil qəzasında ailəsi ilə birlikdə ölən İbrahim Cəfərzadənin dəfn mərasimində həbs olunub.
XS
SM
MD
LG