ABŞ dövlət katibi Hillari Klinton bu yaxınlarda bəzi hökumətlərin hər bir səs və ictimai sferaya nəzarəti barədə narahatlığını bildirib.”Onlar hər bir qəzetdə dərc edilən yazı, neft şirkətlərinin kontrankları, kilsələr və GHT-lərin qeydiyyatı və internetə nəzarət edir.”
İran rejiminin internet azadlığını boğması onun necə hökumət olduğunu göstərir. İnternet kafelərində yeni qaydalar tətbiq edilib. Kafe sahibləri istifadəçilərin şəxsi məlumatını əldə edir. Məlumat 6 ay saxlanılır. Kafelərə təhlükəsizlik kameraları yerləşdirilib.
Blogerlərə qarşı təzyiqlər davam edir.Yanvar ayının 17-də İranın Ali Məhkəməsi veb proqramçısı Səid Malikpuru İslama təhqir ittihamı ilə ölümə məhkum edib. Bloger Vahid Əsgəri və veb sahəfəsi administratoru Əhməd Reza Haşempur eyni ittihamla ölüm hökmü altındadır.
Təkcə yanvar ayında sufi veb səhifəsinin yazarı Simin Nemətollahi həbs edilib. İranda U24 adlı peşəkarlar səhifəsinin təsisçisi və tərcüməçisi , Məhəmməd Süleymaniyyə azadlıqdan məhrum edilib. Bloger və jurnalist Mərziyə Rəsuli və Pərəstu Dokohaki Tehrandakı evlərindən aparılıb.
ABŞ dövlət katibi Hillari Klinton deyib ki, baxışın ifadə edilməsi, etiqada itaət, dinc toplaşma, siyasi və sosial dəyişiklik istəyinin nümayiş etdirilməsi meydan və ya internet olmasından asılı olamayaraq, hər bir insanın hüququdur.
İran rejimi təkcə insan hüquqlarını pozmasına görə deyil, kibernetika məkanına nəzarətə görə beynəlxalq ictimaiyyətin qınağı altında olmalıdır.
İran rejimi kibernetika məkanına nəzarətə görə beynəlxalq ictimaiyyətin qınağı altında olmalıdır
- Amerikanın səsi