Accessibility links

İran pilotsuz təyyarə açıqlayıb


İran hərbçiləri uzun məsafəli missiyalar həyata keçirə biləcək yeni pilotsuz təyyarə açıqlayıblar. Dron prezident Mahmud Əhmədinejadın qatıldığı mərasimdə nümayiş etdirilib. İranın dövlət televiziyası bildirir ki, Karrar adlanan dron min kilometr məsafə qət edə və 200 kiloqram həcmində bomba daşıya bilər. Rəsmilər pilotsuz təyyarənin yüksək sürətdə yerdəki hədəfləri vurmaq qabiliyyətində olduğunu söyləyir. Associated Press cənab Əhmədinejada istinadən yeni dronun İran düşmənləri üçün “ölüm səfiri” olduğunu bildirib. Dünən İran lideri 2025-ci ilədək ölkəsinin fəzaya kosmonavt göndərəcəyini elan etmişdi.

XS
SM
MD
LG