İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin Azərbaycana rəsmi səfəri başlayıb.
O, iyunun 30-da Bakıya gəlib.
Cənab Laricani iyunun 1-də Bakıda prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. O, iyunun 2-də Gəncə şəhərinə gedəcək. Orada Səfəvi dövlətinin başçılarından olan Şah Abbasın adına Məscid Kompleksini, Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək.