Accessibility links

İran parlamentinin deputatı Musəvi və Kərrubinin həbsdə saxlanmasını tənqid edib


İran parlamentinin deputatı Musəvi və Kərrubinin həbsdə saxlanmasını tənqid edib
İran parlamentinin deputatı Musəvi və Kərrubinin həbsdə saxlanmasını tənqid edib

Deputatın fikrincə, Musəvi və Kərrubinin vəziyyəti səlahiyyətli bir məhkəmədə müəyyənləşməlidir. Onların mühakiməsiz həbsdə saxlanması düzgün deyil.

İran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri iyulun 18-də jurnalistlərlə görüşündə müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin 5 aydan çoxdur mühakiməsiz həbsdə saxlanmasını tənqid edib.

“Media forum” saytının məlumatına görə, Əli Mütəhhəri deyib ki, Musəvi və Kərrubi ilə davranış tərzindən narahatdır: “Musəvi və Kərrubinin vəziyyəti səlahiyyətli bir məhkəmədə müəyyənləşməlidir. Onların mühakiməsiz həbsdə saxlanması düzgün deyil. Mən onlara qarşı davranış tərzinin əleyhinəyəm”.

Əli Mütəhhəri deyib ki, bəzi islahatçıların 2012-ci ilin martında keçiriləcək parlament seçkisinə qatıla bilməsinin tərəfdarıdır: “Konstitusiyaya Nəzarət Şurası Musəvi və Kərrubidən başqa seçkiyə qatılmaq istəyənlərin, iki il əvvəlki prezident seçkisi böhranı ilə əlaqədar olanların səlahiyyətini rədd etməməlidir. Musəvinin seçki qərargahının üzvü olmaq günah deyil. Bu bəhanə ilə kimsənin səlahiyyətini rədd etmək olmaz. Nəzərə almaq lazımdır ki, insanların bu qərargahda fəaliyyət göstərməsi qanuni idi. Necə ki hər bir vətəndaşın dövlət əmlakına ziyan vurmamaq şərti ilə seçki nəticəsinə etiraz bildirməsi də qanunidir”.

XS
SM
MD
LG