Accessibility links

İran Parlamentinin Təbriz və Urmiyədə nümayişlərə səbəb olan qərarının hekayəsi


İran Parlamentinin Təbriz və Urmiyədə nümayişlərə səbəb olan qərarının hekayəsi
İran Parlamentinin Təbriz və Urmiyədə nümayişlərə səbəb olan qərarının hekayəsi

Urmiyə barədə layihəni himayə edən qanunvericilər deyiblər ki, lazım olan büdcənin ayrılması yolu ilə Urmiyə gölünə su gətirilməsə, gölün quruması nəticəsində “duz sunamisi əmələ gələcək” və 15 milyona qədər insan öz yurd yuvalarından didərgin düşəcək

İran parlamentinin Urumiyyəli millət vəkillərinin təklif elədikləri qanun layihəsini qəbul etməməsi son günlərdə İranın Azərbaycan vilayətlərindəki iğtişaşların əsl səbəbi olaraq göstərilir.

Parlamentə veriən təklifi Urmiyə millət vəkilərindən bir neçəsi hazırlayıb və 66 qanunvericinin imzasilə məclisə təqdim edilib. İranın Azərbaycanlılar yaşayan vilayətlərindən olan 60-a yaxın qanunvericidən 18-i bu layiheyə muxalifət etdilər və Urumiyə Gülünə Arazdan və Silvə çaylarından su gətirməsi təklifi və buna vəsait ayrılması ilə razılaşmadılar. Ərdəbil şəhərinin numayəndəsi elan etdi ki, o halda ki Ərdəbilin bəzi kəndlərində içməyə suyu yoxdu, Urmiyyə Gülünə bu suyu gətirmək haqsızlıq və ədalətsizlikdir.

66 millət vəkilinin məclisə təqdim elədiyi layihəhəyə əsasən, İran dövləti 2 milyard dollardan çox büdcə ayırmaqla iki çaydan 3 yolla Urmiyə Gülünə su gətirməli idi. Təbi ki, nəzərdə tutulan layihə əsasında çayların yolu üzərində yerləşən yüzlərlə kənd və onlarla şəhər də bu sudan istifadə edə biləcəkdi. Bu qanun layihəsi İran dövlətinin su gətirmək işlərinə həmən başlaması və lazımı vəsaiti ayırmasını nəzərdə tuturdu.

Bu layihənin müzakirəsi zamanı onun əleyhinə olan qanunvericilərdən biri (Bocnurd şəhərinin numayəndəsi) deyib ki, “ 2-3 il ərzində bu göl quruyacaq. Oranın əhalisinə təzminat ödəmək lazımdır ki, ordan köçüb başqa yerlərə getsinlər.” Onun bu sözləri isə azərbaycanlıların qəzəbinə səbəb olub. Onlar deyirlər ki, bu təklif həm azərbaycanlıların doğma torpaqlarının məhvi həm də onların özlərinin İranın başqa əyalətlərinə köçüb oralarda mühacir kimi yaşamaları mənasına gəlir.

Digər tərəfdən millət vəkillərindən layəheni dəsdəkləyənlər iddia ediblər ki, lazım olan büdcənin ayrılması yolu ilə Urmiyə gölünə su gətirilməsə, gölün quruması nəticəsində “duz sunamisi əmələ gələcək” və 15 milyona qədər insan öz yurd yuvalarından didərgin düşəcək. Həmin qanunvericilər bu qədər əhalinin harda yerəşdirilməsini də sual altına alıblar.

İran Parlamentin müzakirələrdən sonra qanun təklifinin əleyhinə qərar çıxartması İranın azərbaycanlı vətəndaşları arasında rəaksiyalara səbəb olub və ötən şənbə günü Təbriz və Urmiyə şəhərlərində etiraz nümayişləri başlayıb. Azərbaycanlılar parlamentin məsələyə bir daha baxmasını və ya İran rəhbərliyinin müdaxilə etməsini istəyirlər. Onlar etiraz askiyalarını davam etdirəcəklərini bildiriblər.

XS
SM
MD
LG