İran parlamenti İsrailə səyahət edənlərə tətbiq olunan cəzanı ağırlaşdırıb. APA Agentliyinin İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, İran parlamentinin mövcud qanunda etdiyi dəyişikliklərə əsasən, İsrailə səyahət edənlər 2 ildən 5 ilədək həbs cəzasına məhkum ediləcək. Dəyişikliyə qədər bu cəza 3 aylıq həbs olub.
Qeyd edək ki, İranda 1979-cu ildə İsrail və kommunist ölkələrinə səyahət qadağan edilib.
İran parlamenti İsrailə səyahət edənlərə tətbiq olunan cəzanı ağırlaşdırıb
İran parlamentinin mövcud qanunda etdiyi dəyişikliklərə əsasən, İsrailə səyahət edənlər 2 ildən 5 ilədək həbs cəzasına məhkum ediləcək.