Accessibility links

"10 Mart aksiyası etirazların artan şəkildə davam etdiyini göstərirdi" [Müsahibə - Audio]


Ramin Hüseynov - N!DA Vətəndaş Hərəkatının üzvü
Ramin Hüseynov - N!DA Vətəndaş Hərəkatının üzvü

N!DA VH-nin idarə heyətinin üzvü Ramin Hüseynov "10 Mart" aksiyası və hərəkatın hazırki fəaliyyətindən danışır

2 il əvvəl 2013-cü il martın 10-da “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən etiraz aksiyası N!DA Vətəndaş Hərəkatı üçün o qədər də xoş nəticələnməmişdi. Belə ki, aksiyadan 3 gün öncə hərəkatın 3 üzvü, sonrakı günlərdə isə daha 5 üzv saxlanılaraq ağır cinayətlərdə ittiham olunmuşdular. “10 Mart” aksiyasının əsas təşkilatçılarından olan N!DA Vətəndaş Hərəkatının idarə heyətinin hazırki üzvü Ramin Hüseynov Amerikanın Səsinə müsahibədə aksiyanın mühümlüyü və hərəkatın sonraki fəaliyyəti barədə danışıb. Onun sözlərinə görə, “10 Mart” aksiyası etirazların artan xətt üzrə davam etdiyini göstərdiyi üçün N!DA üzvləri daha sərt münasibətlə üzləşib.

please wait

No media source currently available

0:00 0:07:26 0:00
Direct link
Əsgər Ölümlərinə son aksiyası
Əsgər Ölümlərinə son aksiyası

“Repressiyalar artmağa başladı. Hökumət bu aksiyaların qarşısını almaq üçün bütün sahələrdə hər kəslə fərdi şəkildə maraqlanmağa başladı və həbslər, cərimələr və digər formalarda fəaliyyəti ləngitməyə çalışdı. 8 üzvümüzün həbs olunması hətta bir müddət bizim üçün də çox çətin oldu. Şok olduq, gözləmirdik” – deyə Ramin Hüseynov Amerikanın Səsinə müsahibədə bildirir.

Onun sözlərinə görə, bu aksiyalardan və həbslərdən sonra N!DA-ya kütləvi axın olsa da, onlar fəxri üzv olduqları üçün sonradan N!DA daxilində fəaliyyət göstərmədilər. Ramin Hüseynov deyir ki, hərəkatın fəaliyyətində ciddi geriləmə olmasa da, cəmi bir neçə üzv qurumu tərk etmək qərarına gəlib. O, hazırda həbsdə olan üzvlər barədə də məlumat verib: “Mütəmadi olaraq, özləri və ailə üzvləri ilə əlaqə saxlayırıq. Hər kəsin səhhəti yaxşıdır. Heç birinin saxlanma şəraitlərindən şikayəti yoxdur. Onları əsasən narahat edən qanunsuz həbsdə saxlanmaqlarıdır”.

N!DA-nın hazırki fəaliyyətindən danışan Ramin Hüseynov yaxın gələcəkdə aksiya nəzərdə tutulmadığını bildirdi. Onun sözlərinə görə, hazırda maarifləndirici, gündəmdə olan mövzularla bağlı qapalı və ictimaiyyətə açıq tədbirlər təşkil edirlər. “Əvvəlki formada görünməsə də, N!DA-nın fəaliyyəti davam edir” – deyə Ramin Hüseynov fikrini tamamlayıb.

Aksiya - "Ordu morqa dönməsin!"
please wait

No media source currently available

0:00 0:09:28 0:00

XS
SM
MD
LG