Accessibility links

AŞPA sədri: Avropa Şurası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoqun tərəfdarıyıq


AŞPA sədri Jan Klod Minyon
AŞPA sədri Jan Klod Minyon

AŞPA-da Ramil Səfərov məsələsi ilə bağlı dinləmələr zamanı hər-hansı sənədin qəbul edilməsi planlaşdırılmır. Azərbaycan məsələnin gündəliyə salınmasını tənqidlə qarşılayıb

Avropa Şurası Ramil Səfərovun işi ilə bağlı Azərbaycana qarşı hər-hansı sanksiya tətbiq etmək niyyətində deyil. Bu barədə bugünki mətbuat konfransında AŞPA sədri Jan Klod Minyon bildirib.

Onun sözlərinə görə, AŞPA-nın sessiyası çərçivəsində Ramil Səfərovun məsələsi ilə bağlı dinləmələr zamanı hər-hansı sənədin qəbul edilməsi planlaşdırılmır. “Dinləmələrin yekunlarına görə hər-hansı bəyanat və ya qətnamənin qəbuluna, habelə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına ehtiyac yoxdur”, deyə Minyon bildirib.

O qeyd edib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və sonradan əfvi onu şoka salıb. “Ümumiyyətlə, biz odun üzərinə yağ tökmək istəmirik. Bizim məqsədimiz iki ölkə arasında normal münasibətlər yaratmaqdan ibarətdir.

Ramil Səfərovun məsələsinin sessiyanın gündəliyinə daxil edilməsi sadəcə yaranmış vəziyyətin müzakirəsidir”, deyə AŞPA sədri bildirib.

O təkrar edib ki, Qarabağ məsələsi üzrə alt komitənin fəaliyyətinin bərpasına qarşıdır, bu mövzunun ATƏT MQ-nin müstəsna hüququ olduğunu hesab edir.

“Biz AŞ çərçivəsində hər iki ölkənin nümayəndə heyətləri arasında dialoqun tərəfdarıyıq. Hər iki nümayəndə heyəti ilə görüşlər keçirirəm və normal dialoq yaranmasını istəyirəm”, deyə Minyon bildirib.

Turan agentliyinin məlumatına görə, AŞPA-nın gündəliyinə Ramil Səfərovla bağlı məsələnin salınması Azərbaycan tərəfindən tənqidlə qarşılanıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Ramil Səfərovun məsələsini gündəliyə salmaq qərarına münasibət bildirərkən deyib.

“Siz hər zaman bizi bu və ya digər məsələlərin müzakirəsində obyektiv olmağa çağırırsınız. Niyə Azərbaycan tərəfə AŞPA-nın Ramil Səfərov məsələsini müzakirə etməyə hazırlaşdığı barədə xəbərdarlıq edilməyib və rəsmi bildiriş verilməyib.

Biz dəfələrlə AŞPA çərçivəsində Qarabağ münaqişəsini müzakirə etməyi təklif etmişik. Axı Səfərovun məsələsi birbaşa bu münaqişə ilə bağlıdır.

Bu gün səhər Büronun iclasına gəldim, lakin fikrimi bildirməyimə imkan vermədilər. Bilirəm ki. Büronun iclasında iştirak etmək haqqım yoxdur, lakin öz mövqeyimi bildirə bilərəm.

Sizi Ramil Səfərovun işi ilə bağlı qarşıda duran dinləmələrdə obyektiv və ədalətli olmağa çağırıram”, deyə Səməd Seyidov bildirib.

Xatırladaq ki, Strasburqda bu məsələ cümə axşamı günün sonunda müzakirə olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG