Accessibility links

Pərisa Rəfiinin 7 il həbs və 74 qamçı cəzası qüvvədə saxlanılıb


Tehran Apellyasiya Məhkəməsi Pərisa Rəfiiyə qarşı ilkin məhkəmədə çıxarılan hökmü qüvvədə saxladı.

Bu haqda İranda insan haqları sahəsində fəaliyyət göstərən HRA saytı məlumat yayıb.

Rəfii 2018-ci il fevralın 25-də İranda dekabr/yanvar aylarında baş qaldıran etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilmişdi.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsi xanım Rəfiini 7 il həbs və 74 şallaq cəzasına məhkum etmişdi. Onun həmçinin 2 il ölkədən çıxma və partiyalara üzv olmasına qadağa tətbiq edilmişdi.

Siyasi fəallıq nümayiş etdirən Rəfii İranda dekabr/yanvar aylarında baş qaldıran etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilmişdi.

Həmin xəbərə əsasən, Pərisa Rəfiinin məhkəməsi iyulun 2-də keçiriləcəyi ilə bağlı məlumatlandırılsa da, ona Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciəti zamanı məhkəmənin keçirilməyəcəyi və hökmün qiyabi olaraq veriləcəyini bildirilmişdi.

Parisa Rəfii
Parisa Rəfii

Əslən İran Azərbaycanının Zəncan vilayətindən olan fəal Pərisa Rəfii Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən "sistemə qarşı təbliğat", "ictimai asayişi pozmaq" və "sözləşmə və toplaşma" kimi ittihamlarla suçlanaraq, 7 il həbs və 74 şallaq cəzasına məhkum edilmişdi.

Tehran Universitetinin incəsənət üzrə ixtisaslaşan Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 23 gün naməlum yerdə tək adamlıq həbsxanada saxlanıldıqdan sonra girov müqabilində sərbəst buraxılmışdı.

XS
SM
MD
LG