Accessibility links

Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”


Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”
please wait

No media source currently available

0:00 0:06:32 0:00

Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemi və məhkəmə-hüquq sistemində islahatlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərlə bağlı sosial şəbəkələrdə “hamısınıazadet” kampaniyası keçirilir. Kampaniyaya nə qədər adam qoşulub və bu aksiyanın hökumətin syasətinə təsirləri hiss edilirmi?

Rəsul Cəfərov "hamısınıazadet" kampaniyasına başlayıb
Rəsul Cəfərov "hamısınıazadet" kampaniyasına başlayıb

Rəsul Cəfərov: Kampaniya 4 mart tarixindən başlayıb və bu günə kimi yüzlərlə insan qoşulub. Onların arasında sıravi vətəndaşlar, siyasi məhbusların yaxınları, dostları və ictimai-siyasi fəallar var. Kampaniyanın hakimiyyətə təsir edib-etməməsini proqnozlaşdırmaq çətindir. Məsələ ondan ibarətdir ki, biz sadəcə düşündük ki, indi çox yaxşı bir məqam yaranıb. Xüsusən Mehman Hüseynovun işindən sonra biz hesab etdik ki, bəlkə də Azərbaycan hakimiyyətinə əlavə olaraq bir çağırışların, müraciətlərin olması lazımdır. O baxımdan, bu kampaniyaya başladıq. İndi nə təsiri olacağını yaxın vaxtlarda biləcəyik.

Amerikanın Səsi: Ölkədə siyasi məhbus probleminin həlli üçün hansı addımlar atılmalıdır?

Hakimiyyətin əlində olan hüquqi mexanizmlər istifadə edilməklə bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.

Rəsul Cəfərov: Siyasi məhbus probleminin həlli ilk baxışda çox mürəkkəb görünsə də, əslində çox sadə bir həll yolu var. İki fundamental addım atılmalıdır. Birinci addım ondan ibarətdir ki, hakimiyyətin əlində olan hüquqi mexanizmlərdən istifadə edilməklə bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Bu, əfv də, amnistiya da, məhkəmə qərarları ilə də və sair yollarla da ola bilər. Bunun tərkib hissəsində həm də çox yaxşı olardı ki, siyasi məhbus işlərində nəzarəti aparan prokurorlar, istintaqı aparan müstəntiqlər, qərar çıxarmış hakimlər barəsində dissiplinar (intizam-red) da olsa belə, bir tədbir görülsün. İkinci addım isə ümumiyyətlə siyasi motivli təqib etmə praktikasına son qoyulmalıdır. Yəni, hakimiyyətdə təmsil olunan ən yuxarı şəxs və ya şəxslər bu göstərişi verməlidirlər ki, Azərbaycanda heç kimi siyasi mövqeyinə görə təqib etmək olmaz. Bununla da siyasi məhbus praktikasına son qoyulmalıdır.

Ən yüngül cinayət kateqoriyasından tutmuş ən ağır cinayət kateqoriyasına kimi istintaqlar doğru və obyektiv aparılmır.

Bu iki addım problemin həlli üçün kifayət edir.

Amerikanın Səsi: Azərbaycan prezidenti bu günlərdə ölkədə məhkəmə-hüquq islahatlarının vacibliyini bildirib. Sizcə ədliyyə-hüquq sistemində islahatlar necə olmalıdır?

Rəsul Cəfərov: Hesab edirəm ki, ilk növbədə, bu, çox doğru bir bəyanatdır. Həqiqətən də hüquq-məhkəmə sistemində ciddi islahatlara ehtiyac var. Biz hüquq müdafiəçiləri olaraq artıq neçə illərdir öz bəyanatlarımızda, müraciətlərimizdə, yazışmalarımızda, tədbirlərimizdə bu barədə qeyd edirik. Nə etmək olar? Əslində çox iş görülməlidir. Amma vacib hesab etdiyim bir neçə məsələni deyə bilərəm. Birincisi hakimlərin tam müstəqilliyinin təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Bu hakimlərin əmək haqqlarının artırılması yolu ilə, onlar xüsusi təminatların verilməsi yolu ilə və ya hakimlərin, xüsusən də yuxarı instansiya məhkəmə hakimlərinin ömürlük təyinatı ilə ola bilər. İkinci istiqamət istintaqla bağlı olmalıdır. Xüsusən nəzərə alsaq ki, nəinki siyasi işlərdə, o cümlədən istənilən digər işlərdə istintaqla bağlı çox böyük narazılıqlar var. Ən yüngül cinayət kateqoriyasından tutmuş ən ağır cinayət kateqoriyasına kimi istintaqlar doğru və obyektiv aparılmır. Çox yaxşı olardı ki, vahid istintaq komitəsi və yaxud vahid istintaq iadarəsi yaradılsın. Ayrı-ayrı nazirliklərdə olan istintaqlar həmin idarəyə verilsin. Həmin idarədə də çox peşəkar müstəntiqlər təmsil olunsun və məsuliyyəti bir qurum daşımış olsun. Bu həm də korrupsiyanın müəyyən mənada qarşısını ala bilər. Digər addım Vəkillər Kollegiyası ilə bağlı olmalıdır, bu, çox vacibdir. Vəkillər Kollegiyasına qəbul standartlarını tamamilə dəyişmək lazımdır. Xüsusən də müsahibə hissəsini, çünki həmin hissə subyektiv yanaşmanı ortaya qoyur. Bilinmir ki, kiməsə on sual, kiməsə əlli sual, kiməsə beş sual verilir. Çox ciddi məlumatlar var ki, kimlərəsə kollegiya üzvü olmaq üçün kömək edilir və kimlərinsə qarşısı alınır.

Amerikanın Səsi: İndi rəsmi bəyanatlarda vəkillik institutunda islahatlar həyata keçirildiyi bildirilir. Aparılan islahatlar insanların hüquqlarının müdafiəsində əhəmiyyətli irəliləyiş yaradıbmı?

Bu sual var. Ola bilər say artır, amma siyasi məhbusları müdafiə edən şəxslər varmı? Yəni müstəqillik təmin olunurmu?

Rəsul Cəfərov: Məncə yox. Bunu deməyə mənim əsasım var. Biz təxminən bir ilə yaxındır ki, onlayn, yəni sosial şəbəkələr üzərindən pulsuz hüquqi yardım xidməti göstəririk. Bir ayda hüquq pozmalarla bağlı təxminən 100-150 arası müraciət daxil olur. Aydındır ki, burada günah təkcə Vəkillər Kollegiyasının deyil. Yəni adamların da bir çoxunun məlumatsızlığı olur. Amma mən görürüəm ki, Vəkillər Kollegiyasında aparılan islahatlar kimi təqdim olunan addımlar tam islahat kimi qiymətləndirilə bilməz. Ola bilər ki, vəkillərin sayı artır. Amma keyfiyyət artırmı? Bu sual var. Ola bilər say artır, amma siyasi məhbusları müdafiə edən şəxslər varmı? Yəni müstəqillik təmin olunurmu? Bu da çox ciddi sual altındadır. Yəni bu məsələlərə görə hesab edirəm ki, islahatlar tam deyil.

XS
SM
MD
LG