Accessibility links

Qəzet Şimali Koreya diplomatlarının edam olunduğunu yazır, rəsmilər şərh verməkdən çəkinir


Şimali Koreyanın ABŞ üzrə baş elçisi Kim Hyok Çol Donq Danq dəmiryol stansiyasında Şimali Koreya lideri Kim Conq Unun ABŞ prezidenti Donald Trampla sammitə gəlişini gözləyir. Donq Danq, Vyetnam. 26 fevral, 2019.
Şimali Koreyanın ABŞ üzrə baş elçisi Kim Hyok Çol Donq Danq dəmiryol stansiyasında Şimali Koreya lideri Kim Conq Unun ABŞ prezidenti Donald Trampla sammitə gəlişini gözləyir. Donq Danq, Vyetnam. 26 fevral, 2019.

Cənubi Koreyanın nüfuzlu qəzeti Şimali Koreyanın ABŞ-la danışıqlarda iştirak etmiş baş elçisini edam etdiyini yazıb. Həmin elçi fevral ayında ABŞ-la iflasa uğramış danışıqlarda Pxenyanı təmsil edib.

Koreya üzrə müşahidəçilər xəbərin dəqiqliyini müəyyən etməkdə çətinlik çəkirlər. Eyni zamanda çoxları Şimali Koreyada yüksək rütbəli rəsmilərin edam edilməsinin Stalinist dövlət üçün normadan elə də kənar olmadığını hesab edirlər.

Kim Conq Una sammitdə tərcüməçilik etmiş şəxsin isə tərcümədə buraxdığı səhvə görə həbs düşərgəsinə göndərildiyi deyilir.

Bundan əlavə, xəbərin dərc olunduğu Çosun İlbo qəzeti təcrid olunmuş kommunist dövlətində baş verən edamlarla bağlı qeyri-səhih göstəricilərə malikdir.

Adətən Şimali Koreyada yüksək rütbəli rəsminin edam edilməsi barədə xəbərlər həftələr, yaxud aylarla sonra üzə çıxır.

Mühafizəkar mövqeyinə görə tanınan qəzet yazır ki, ABŞ-la Hanoyda keçirilən danışıqlara rəhəbrlik etmiş Kim Hyok Çol dörd başqa yüksək rütbəli rəsmilərlə bərabər mart yaınmda "Amerikaya casusluq etmək” ittihamı ilə güllələnib.

Qəzet yazır ki, Şimali Koreya rəhbəri Kim Conq Unun 'sağ əli' sayılan Kim Yonq Ço əmək düşərgəsinə göndərilib.

ABŞ Prezidenti Donald Tramp və Şimali koreya lideri Kim Conq Unun fevral ayında Vyetnamda keçirdikləri ikinci zirvə görüşü nəticəsiz qalıb.
ABŞ Prezidenti Donald Tramp və Şimali koreya lideri Kim Conq Unun fevral ayında Vyetnamda keçirdikləri ikinci zirvə görüşü nəticəsiz qalıb.

Şimali Koreyanın yeganə qadın diplomatı sayılan Kim Sonq Hye isə siyasi həbs düşərgəsinə sürgün edilib. Kim Conq Una sammitdə tərcüməçilik etmiş şəxsin isə tərcümədə buraxdığı səhvə görə həbs düşərgəsinə göndərildiyi deyilir.

Şimali Koreya hökuməti rəsmi reaksiya vermir. Lakin cümə axşamı dövlət qəzetində dərc olunan baş məqalədə "anti-inqilabi" fəaliyyətin cəzalandırılacağı vurğulanıb.

Cənubi Koreya prezidentin sözçüsü "tələsik nəticələrə" gəlməməyi tövsiyə edib. Seulun Birləşmə Nazirliyi xəbəri şərh etməyib.

ABŞ-da Ağ Ev və Dövlət Departamenti rəsmiləri Amerikanın Səsinin məsələ ilə bağlı sorğularına cavab verməyiblər.

XS
SM
MD
LG