ABŞ Qərbin Rusiyaya qarşı Ukraynaya müdaxilə ilə bağlı yeni sanksiyalarının ölkənin müdafiə sektorun və prezident Vladimir Putinlə bağlı olan şirkətləri hədəf alacağını bildirib.
Ağ Evin nümayəndəsi, milli təhlükəsizlik məsələləri üzrə müşavirin yardımçısı Toni Blinken deyib ki, bu həftədən qüvvəyə minən yeni sanksiyalar cənab Putinə yaxın korporasiya rəsmiləri və onların nəzarət etdiyi şirkətlərə əlavə təzyiq göstəricək.
Toni Blinken sanksiyaların müdafiə sənayesinə ixrac edilən yeni yüksək texnologiyaları hədəf aldığını bildirib və bunların birlikdə təsiri olacağını qabaqcadan söyləyib.
Yeni sanksiyalar ABŞ və Avropa mttəfiqlərinin cənab Putini Rusiyanın Ukraynanın şərqində rolunu azaltmağa və Ukrayna-Rusiya sərhəddindən hərbi qüvvələri geri çəkməyə məcbur etmək üçün atdığı növbəti addımdır. Bundan əvvəlki sanksiyalar bank sektorunu və cənab Putinə yaxın başqa korporasiya rəsmilərini hədəf almışdı.
ABŞ prezidenti Barak Obama Malayziyada mətbuat konfransında deyib ki, təhriklərə son qoymasa Rusiyanın Ukraynaya müdaxiləyə görə nəticələri getdikcə artmağa davam edəcək.
Bəzi respublikaçı qanunvericilər sanksiyaları tənqid edərək, onların cənab Putini Ukrayna siyasətini dəyişdirməyə məcbur etmək üçün zəif olduğunu deyib.