Amerika Birləşmiş Ştatlarının Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan hərbçilərinin standartlarını NATO kontingentlərinin maddi-texniki tələbatlarına uyğunlaşdırılmasına kömək etmək məqsədi ilə Azərbaycan logistika zabitlərinə beynəlxalq sülhməramlı əməliyyatlarda logistika mövzusunda seminar keçirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-ya əsaslanan Logistika Şəbəkəsi sistemləri, buraxılışdan əvvəlki logistika tələbləri, NATO obyektlərinin daimi istifadəyə verilməsi, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb.