Accessibility links

Tofiq Türkel: "Qurban Allahla insan arasındakı əhdin yerinə yetirilməsidir" [Fotoqalereya & Audio]


Qurban bayramı bir zamanlar insanların deyil, heyvanların qurban verilməsi baxımından humanist əhəmiyyət kəsb edib.

Müasir dövrdə Qurban bayramının mahiyyətindən danışan ekspert bayramı Allahın bəşəriyyətə verdiyi ən böyük nemət adlandırır.Tofiq Türkel deyir ki, bu həm də Allahla insan arasındakı əhdin yerinə yetirilməsidir. “Hər bir insan əhdinə çatdlıqda qurban kəsir”-deyə ekspert bildirir.



“Qurban bayramı dedikdə hər bir müsəlman qurbanmı kəsməlidir?“ sualının cavabında Turan agentliyinin dini eksperti “xeyr” deyə cavab verir.”Həcc mərasiminin tərkib hissəsi olan Qurbanın mərasim iştirakçıları tərəfindən kəsilməsi vacibdir. Həccdən kənarda olanlar üçün isə bu, imkana baxan bir məsələdir”.

Son araşdırmalara görə, Azərbaycanda orta sinif artıq mövcud deyil. Bu isə yoxsul təbəqənin artması deməkdir. Qurban kəsməyə imkanı olmayan, lakin dini etiqadına görə özünü yaxşı hiss etməyənlərə tövsiyə edən Tofiq Türkel İslamın qurban kəsilməsini heç bir müsəlmanın üzərinə öhdəlik qoymadığını bildirir.

please wait

No media source currently available

0:00 0:07:01 0:00
Direct link
XS
SM
MD
LG