Accessibility links

Beynəlxalq ictimaiyyət ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini qınayır


Beynəlxalq ictimaiyyət Amerikanın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinə birmənalı reaksiya verməyib.

BMT-nin Təhlükəsizlik Şurası bu gün növbədənkənar içlas keçirərək, İsrail və Fələstin arasında son 5 il ərzində baş qaldıran ən ağır qarşıdurmanı müzakirə edəcək.

Fransa prezidenti Emanuel Makron Qəzzada İsrail qüvvələri tərəfindən 50-dən çox insanın öldürülməsini qınayıb.

Makron ofisinin bəyanatında deyilir ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə Amerikanın bir sıra tərəfdaşı və bu ölkənin rəqibləri də tənqidlərini dilə gətirib.

Britaniyanın baş naziri Tereza Mey İsrail-Fələstin sülh razılığı əldə edilmədən Amerikanın bu addımını kəskin şəkildə pisləyib.

Türkiyə hökuməti ABŞ-dakı səfirini geri çağıraraq, məsləhətləşmələr keçirəcəyini bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif bunu “böyük rüsvayçılıq günü” adlandırıb.

XS
SM
MD
LG