Accessibility links

BAXCP sədri Nigar Yaqublunu azadlığa buraxmağa çağırıb


Nigar Yaqublu
Nigar Yaqublu

Deputat Nigar Yaqublunu zaminliyə götürməyə hazır olduğunu bəyan edib

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BXCP) Qüdrət Həsənquliyev parlamentin 1 oktyabr plenar iclasında müxalifətdə olan Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunun həbsi məsələsini qaldırıb.

“Media forum” saytının məlumatına görə, Qüdrət Həsənquliyev Nigar Yaqublunun istintaq başa çatana qədər azadlığa buraxılmasının vacib olduğunu bildirib və parlamentdən bu məsələyə təsir göstərməyi xahiş edib.

“Yekun qərar vermək məhkəmənin işidir. Amma Nigar Yaqublunun gənc xanım olduğu, ilk dəfə belə bir hadisə törətməsi nəzərə alınmalıdır. Gənc xanıımın azadlığa buraxılması məqsədəuyğundur”.

Deputat vurğulayıb ki, Nigar Yaqublunun zaminliyə götürülməsi üçün bir neçə millət vəkili, QHT rəhbəri, hüquq müdafiəçisi müraciət edib. Qüdrət Həsənquliyev özü də Nigar Yaqublunu zaminliyə götürməyə hazır olduğunu bəyan edib.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG