Accessibility links

Qubad İbadoğlu: “Abbas Lisaninin azadlığı naminə haqq səsinizi ucaldın”


Abbas Lisani
Abbas Lisani

“Abbas Lisaniyə azadlıq! Abbas Lisaniyə azadlıq tələb edir, milli mətbuatı güneyli qardaşımızın müdafiəsinə dəstək verməyə, sizləri onun azadlığı naminə haqq səsinizi ucaltmağa çağırıram.”

Bu bəyanatla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu çıxış edib.

Milli mətbuatı güneyli qardaşımız Abbas Lisaninin müdafiəsinə dəstək verməyə, sizləri onun azadlığı naminə haqq səsinizi ucaltmağa çağırıram.
Qubad İbadoğlu, ADR Hərəkatının lideri

Onun Facebook səhifəsində yaydığı açıqlamada deyilir: “Artıq 20 gündür ki, ETTELAT (İran fars-molla rejiminin kəşfiyyat idarəsi) mənsubları tərəfindən oğurlanan Güney Azərbaycan Milli Hərəkatının öncüllərindən olan Abbas Lisaninin harada saxlanılması ilə bağlı ailəsinə və yaxınlarına məlumat verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin hazırkı sağlıq durumu narahatlıq doğurur. Gözlənilir ki, onu yenidən şərləyərək uzunmüddətə zindanda saxlasınlar,” Qubad İbadoğlu bildirir.

Abbas Lisani İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal Abbas Lisani bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib.

ADR Hərəkatının lideri Qubad İbadoğlu
ADR Hərəkatının lideri Qubad İbadoğlu

Keçən ilin sentyabrında “rəsmi möhürü olan çağırış vərəqəsi” ilə deyil SMS çağırışı ilə məhkəməyə çağırıldığı üçün məhkəmə iclasına qatılmayan Lisani qiyabi olaraq mühakimə edilib.

O, yanvarın 5-də Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb.

Yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA agentliyinin məlumatına görə, milli fəal Ərdəbil həbsxanasına köçürülüb və orada aclıq aksiyası keçirir. Fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.

Abbas Lisaninin həbsindən bir neçə gün sonra ona yaxın olan digər 5 fəal Ərdəbil İnqilab Məhkəməsində mühakimə edilib. Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadıqifər “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək”də günahlandırılır.

Ərdəbildə yaşayan fəal son 15 ildə göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb. Lisani Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz həbsxanalarında illərlə həbsdə saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG