Sentyabrın 22-də Nərmanov rayon Məhkəməsində ADR sədri, professor Qubad İbadoğlunun müalicə və müayinəsinin gecikdirilməsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tibbi sənədlərin gec və yarımçıq təqdim olunması ilə bağlı vəkillərin şikayətinə baxılıb.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın səsinə verdiyi açıqlamasında bildirib ki, hakim şikayəti təmin etməyib:
"Məhkəmə iclası Qubad İbadoğlunun yeni həbs olunduğu günlərdə həm müalicəsi, həm də müayinəsində hüquq pozuntularına yol verilməsi ilə bağlı idi. Qubad bəyin müayinə və analiz sənədləri təqdim edilməyib, bir hissəsi isə gec təqdim edilib. Bununla bağlı biz məhkəməyə müraciət etmişdik ki, bu məsələlərdə səlahiyyətli olan şəxslər cəzalandırılsın.
Qalib Toğrulun sözlərinə görə, müalicə və müayinəsinin gecikdirilməsi, həmçinin tibbi sənədlərin gec və yarımçıq təqdim olunmasını Qubad İbadoğluna qarşı işgəncə faktı kimi qiymətləndirir:
"Əslində biz hesab edirik ki, bunlar Qubad İbadoğluna qarşı verilən işgəncənin bir hissəsi olub".
Vəkillər Nərimanov rayon məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.
Forum