Accessibility links

Amerika səfiri Quba və Xaçmazda olub


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Səfərin məqsədi yerli əhali ilə görüş və regionda ABŞ-Azərbaycan əməkdaşlığı ilə tanışlıq olub

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar martın 28-29-da Azərbaycanın Quba və Xaçmaz rayonlarında (Bakıdan 160 kilometr şimal, Rusiya ilə həmsərhəd) səfərdə olub.

Səfərin məqsədi yerli əhali ilə görüş və regionda ABŞ-Azərbaycan əməkdaşlığı ilə tanışlıq olub.

Səfir R.Morninstar Quba rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov və Xaçmaz rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevlə iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət məsələləri ətrafında müzakirələr aparıb.

Amerika səfiri Sülh Korpusunun könüllüləri, yerli qeyri hökumət təşkilatları, gənclərlə görüşüb.

R.Morninqstar və həyat yoldaşı Xaçmaz İcma Mərkəzində olub, fiziki cəhətdən zəif olan uşaq və yeniyetmələrin əl işləri ilə tanış olub.

Səfər zamanı Amerika səfiri Quba rayonunun Qırmızı qəsəbəsində yerli icmanın nümayəndələri ilə də görüşüb.
XS
SM
MD
LG