Accessibility links

Quba rayon icra hakimiyyəti başçısı jurnalisti məhkəməyə verib


Cəmil Məmmədli
Cəmil Məmmədli

Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. İşə Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədliyi ilə baxılacaq.

Bu barədə elektron məhkəmə portalında məlumat yayılıb.

Məlumatda deyilir ki, icra hakimiyyəti başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir.

Cəmil Məmmədli Amerikanın Səsinə bildirib ki, hələ məhkəmədən bildiriş almayıb.

“Quba rayon icra hakimiyyəti başçısının məni hansı araşdırma yazıma görə məhkəməyə verdiyi məlum deyil. Onun şikayəti ilə hələ tanış deyiləm. Amma Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yaymışam. Əslində prokurorluq orqanları mənim Youtube kanalımda və Facebook səhifəmdə yaydığım araşdırmalarda əksini tapan faktlara hüquqi qiymət verməlidir,” o qeyd edib.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.

XS
SM
MD
LG