Qırğızıstan parlamenti aylarla davam edən siyasi qeyri-müəyyənliyə son qoyaraq, yeni hökuməti təsdiq edib. Sosial Demokrat Partiyasının sədri Almazbek Atambayev baş nazir vəzifəsinə təyin edilib.Yeni hökumətdə isə oktyabr ayı seçkilərində qələbə əldə edən 5 partiyadan 3-ü yer alıb. Bu yaxınlarda təsdiq edilən siyasi islahatlara əsasən ölkə parlamenti mərkəzi qüvvə olacaq. Prezidentlər bu ölkədə 6 il müddətinə seçiləcək.