Qırğızıstanın müvəqqəti hökuməti ölkənin parlament və prezident seçkilərinin vaxtını müəyyən edib. Müvəqqəti hökumətdə baş nazirin müavini Omurbek Tekebayev deyib ki, səsvermə oktyabrın 10-da keçiriləcək. Ölkədə həmçinin iyun ayının 27-də Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Aprel ayının 7-də paytaxt Bişkekdə 84 nəfərin ölümü ilə nəticələnən iğtişaşlardan sonra ölkəyə müvəqqəti hökumət nəzarət edir. Qırğızıstanın hakimiyyətdən salınmış lideri Kurmanbek Bakiyev dünən deyib ki, o hələ də ölkənin qanuni prezidentidir. Kurmanbek Bakiyev bu həftənin əvvəli Belarusda sığınacaq tapıb.
İyulun 27-də isə Konstitusiya dəyişiklikləri ilə bağlı Referendumun keçirilməsi planlaşdırıb