Accessibility links

Qırğızıstan prezidenti Roza Otunbayeva Vaşinqtondadır


Qırğızıstan prezidenti Roza Otunbayeva Vaşinqtondadır
Qırğızıstan prezidenti Roza Otunbayeva Vaşinqtondadır

Qırğızıstan prezidenti Roza Otunbayeva hazırda Vaşinqtondadır. Dünən onun Ağ Evdə ABŞ prezuidenti Barak Obama ilə görüşü keçirilib. Konqresdə isə Otunbayevanın aparıcı senatorlar -respublikaçı Con Makkeyn və demokrat Con Kerri ilə müzakirələri olub. Otunbayevanın iki günlük ABŞ səfərinin məqsədi əlaqələrin möhkəmləndirilməsi və Qırğızıstanın üzləşdiyi problemlərin müzakirəsidir.

Bu gün Beynəlxalq Qadınlar günü münasibəti ilə Roza Otunbayeva ABŞ Dövlət Departamentində “Şücaətli qadın” mükafatına layiq görülüb. Qırğızıstan prezidenti bu medala layiq görülən bir necə qadından biridir. Karneqi mərkəzində politoloqlar, jurnalistlər və rəsmi şəxslərlə görüşü zamanı Otunbayeva ümümu məsələlərə toxunub.“Müxtəliflik həmişə inkişafın mənbəyi olub və olacaq. Mən Qırğızıntadakı bugünkü durumla bağlı olduqca nikbinəm. Yaxın Şərq və Asiyada dəyişiklik arzusu, avrotirtar regimlər və diktatorlar əleyhinə böyük hərəkat var. Qırğızıstanda baş verən iki inqilab, etnik münaqişələr, millətçilik əhval-ruhiyyəsinin artması, sovet dövründən sonrakı demokratik inkişafların manifestidir. ”

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Robert Bleyk ABŞ-ın prezident Otunbayevaya ABŞ-da səfir və BMT-də Qırğızıstanın təmsilçisi olduğundan bəri rəğbət göstərdiyini və onun dostluq münasibətlərini təqdir etdiyini bildirib.“ Ötən il onun rəhbərliyi altında Qırğızıstan demokratik yolda irəliləyib. Bu, onun dünya miqyasında liderləyinin nümunəsidir. Hələ 9 ay əvvəl Qırğızıstandakı vəziyyət narahtlıq yaradırdısa, bu gün Qırğızıstanda demokratik seçkilər və zorakılıqlara yol verilmədən hakimiyyət dəyişikliyinin şahidi oluruq. ”

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Robert Bleyk deyib ki, ABŞ dövlət katibi Hillari Klinton demokratiyanın çatılan məqsəd deyil, daimi yolçuluq olduğunu bildirir. “Qırğızıstanın üzləşdiyi problemlərin siyahısının uzun olduğunu Roza Otunbayevadan yaxşı heç kim bilmir”-deyə o sözünə davam edib. Robert Bleyk deyib ki, ötən il əldə etdiyi nailiyyətlərlə rahatlıq tapmaqdansa Otunbayeva 2011-ci ilin strateji məqsədləri üzərində işləyir.

Bu gün Roza Otunbayenan “İnqilabdan sonra demokratiya quruculuğu”adlı məqələsi Vaşinqton Post qəzetində dərc edilib. Bu il xanım Otunbayevanın prezidentlik müddəti başa çatır və payızda Qırğızıstanda seçkilər keçirilməlidir.

XS
SM
MD
LG