Qırğızıstanın siyasi müxalifəti yeni müvəqqəti hökuməti elan edib. Bu hökumət 6 ay sonra keçiriləcək prezident seçkilərinədək ölkəni idarə edəcək. Müxalifət lideri, sabiq xarici işlər naziri Roza Otunbayeva bu gün prezident Kurmanbek Bakiyevin istefasını tələb edib. O deyib ki, parlament buraxılıb və o, yeni müvəqqəti hökumətə rəhbərlik edəcək. Prezident Bakiyev dünən paytaxtda qanlı insidentlərdən sonra Cəlilabad şəhərinə qaçıb. Bununla yanaşı yeni müvəqqəti müdafiə naziri deyir ki, qırğız silahlə qüvvələri müxalifətə qoşulub və nümayişlərə qarşı istifadə olunmayacaq. Son iki gündə minlərlə etirazçı ilə təhlükəsiz qüvvələri arasında qanlı qarşıdurma baş vermiş və bu, hökumət binalarının etirazçılar tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdir.
6 ay sonra keçiriləcək prezident seçkilərindək ölkəni Roza Otunbayeva idarə edəcək