Accessibility links

QRU-ya yeni zərbə: daha çox agentin kimliyi üzə çıxarılıb


Rusiyanın hərbi kəşfiyyat idarəsinin binası
Rusiyanın hərbi kəşfiyyat idarəsinin binası

Rusiya ordusunun QRU adlanan kəşfiyyat idarəsinə yeni zərbə vurulub. Belə ki, qətiyyətli jurnalislər və Kremlin tənqidçiləri diqqəti idarənin sirrlərini üzə çıxarmağa yönəldib.

Cümə günü yayımlanan hesabatda Rusiyanın cinayət müxbirinə bir neçə QRU zabitini müəyyən etməyə gətirib çıxaran yanlış davranış, qeyri-mütəşəkkilik və qəribə bürokratik qərarla yer alıb.

Jurnalist Sergey Kanes deyir ki, o ənənəvi casusluqdan şiddətli zorakılıq və xarici müdaxiləyə yönəldiyini düşündüyü təşkilat daxilindəki problemlərə diqqət çəkmək istəyir.

QRU agentləti Britaniyada sinir qazından istifadə etməkdə, 2016-cı ildə ABŞ prezident seçki kampaniyalarına müdaxilə etməkdə ittiham olunur. Rusiya bunların hamısını inar edir.

Kanevin hesabatı Kremlin əleyhdarı Mixail Xodorkovskinin Dosye Layihəsi tərəfindən maliyyələşdirilib. Hesabat həmçinin Rusiyanın müstəqil Dojd telekanalında da işıqlnadırılıb. Ekspertlər deyir ki, bu hal utanc verici olsa da, QRU-nu əməllərindən yayındırmayacaq.

XS
SM
MD
LG