Accessibility links

Qırmızı Xaç Suriyadan yaralıların evakuasiyasına çalışır


Qırmızı Xaç Suriyadan yaralıların evakuasiyasına çalışır
Qırmızı Xaç Suriyadan yaralıların evakuasiyasına çalışır

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yenidən Suriyanın Homs şəhərindən yaralıların evakuasiyasına çalışır. Qırmızı Xaçın bildirdiyinə görə, Suriya rəsmiləri ilə bu sahədə müzakirələr bərpa edilib və müxalifət evakuasiya əməliyyatlarına yardım etməyə razılıq verib.

Dünən Homsun Baba Əmr rayonundan 7 yaralı çıxarılıb. Lakin onlar arasında yaralanan iki Qərb jurnalistinin olub-olmadığı məlum deyil.

Suriyanın hökumət qüvvələri Homs bölgəsinə hücumlarını davam etdirir. Bombardman nəticəsində 9 adamın öldürüldüyü bildirilir.

ABŞ dövlət katibi Hillari Klinton da daxil olmaqla, 70-dən çox ölkənin nümayəndəsi Suriya hökumətindən bütün əməliyyatlara dərhal son qoyulması və bir neçə gün ərzində zorakılıqlara səhnə olmuş bölgələrə xaricdən humanitar yardımlar çatdırılmasına imkan yaradılması çağırışı ilə Tunisdə bir araya gəlib.

"Suriyanın dostları" adlı toplantıda təqdim ediləcək bəyanatda diplomatlar Suriya prezidenti Bəşar Əl-Əsədin 11 aydır davam edən nümayişlərə qarşı hərbi əməliyyatları təcili olaraq dayandırmalı və humanitar yardımların 48 saat ərzində bölgəyə çatdırılmasına imkan yaratmalı olduğu deyilir.

XS
SM
MD
LG