BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bildirdiyinə görə, qlobal ərzaq qiymətləri dekabr və yanvar aylarında 2 faizədək artıb. Qurum buna səbəblərdən biri kimi pis hava şəraitini göstərib. Təşkilatın bu gün açıqladığı hesabatda düyüdən başqa bütün dənli bitkilərin qiymətinin artıdığı deyilir. Soya və palma yağlarına tələbatın artması bu məhsulların dəyərini də qaldırıb.