Accessibility links

Qlobal Fond 3 xəstəliklə mübarizə üçün 13 milyon maliyyə toplayıb


AİDS, malariya və vərəm xəstəliklərinin qarşısının 2030-cu ilədək effektiv şəkildə alınması məqsədi daşıyan kampaniyanın bir hissəsi kimi beynəlxalq donorlar qlobal mübarizə fondunu 12.9 milyard dollara çatdırıblar. Bu barədə məlumat kampaniyaya dair kofransın təşkilatçıları tərəfindən verilib.

Qlobal Fond Monrealda keçirilən donor konfransında növbəti üç ildə fəaliyyətləri dəstəkləmək üçün hökumətlərdən, dini qurumlardan və özəl sektor tərəfdaşlarından 2017-ci ildən başlayaraq 13 milyard dollar toplamağı xahiş edib.

Qlobal Fond Monrealda keçirilən donor konfransında növbəti üç ildə fəaliyyətləri dəstəkləmək üçün hökumətlərdən, dini qurumlardan və özəl sektor tərəfdaşlarından 2017-ci ildən başlayaraq 13 milyard dollar toplamağı xahiş edib.

"Biz uğurumuzu qarşıdan gələn illərdə 8 milyon insanın həyatını xilas etməklə göstərə bilərik" - deyə konfransa qatıldıqdan sonra jurnalistlərə açıqlama verən Kanada baş naziri Castin Trudou bildirib. Konfransa onunla yanaşı, bir neçə dövlət başçısı, müğənni Bono və Mikrosoft Korporasiyasının həmtəsisçisi Bill Qeyts də qatılıb.

Dünyada 3 xəstəliklə mübarizə məqsədi daşıyan ən böyk qurum olan Qlobal Fond yarandığı 2002-ci ildən bəri 20 milyondan çox insanın həyatını xilas etməsinə görə tanınır.

"Bizim QİÇS, vərəm və malyariyaya epidemiya kimi 2030-cu ilədək son qoymaq üçün bilik və vasitələrimiz var. Ancaq bu investiyaları ağıllı həyata keçirməli və məqsədimizə çatmağa köklənməliyik" - deyə fodun icraçı direktoru Mark Daybul açıqladığı bəyanatda bildirib.

Fondun ən böyük donoru olan Birləşmiş Ştatlar avqust ayında 2019-cu ilədək 4.3 milyard dollar ayıracağına söz verib. Məbləği ABŞ Konqresi ratifikasiya etməlidir.

Fondun hədəf aldığı xəstəliklərin gündəlik 8 min insanın həyatına son qoyduğu ehtimal edilir.

XS
SM
MD
LG