Accessibility links

Qızılca ölümcül olsa da, qarşısı alına bilər [Video]


Qızılca ölümcül olsa da, qarşısı alına bilər
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ-ın Minnesota ştatında əksəriyyəti uşaqlar olmaqla 76 nəfər qızılcaya yoluxub. Onların demək olar heç biri peyvənd olunmayıb. Dünyanın başqa yerlərində də mənzərə eynidir. Bu səbəbdən də pediatrlar və ictimai səhiyyə həkimləri hər bir uşağın bu virusa qarşı vaksin olunmasını istəyir.

Bir çox insan düşünür ki, qızılca digər uşaqlıq xəstəlikləri kimidir: qaşıntın və qızdırman olur, sonra da xəstəlik keçib gedir.

Qızılca yüngül xəstəlik deyil. Qızılcaya yoluxan insanlarda ağır fəsadlar yaranır.
Dr. Antoni Fauçi

Amma həkimlər bunun belə olmadığını deyir.

“Qızılca yüngül xəstəlik deyil. Qızılcaya yoluxan insanlarda ağır fəsadlar yaranır”, deyə Milli Sağlamlıq İnstitutundan Dr. Antoni Fauçi bildirir.

Qızılca beyində həmişəlik hasar yarada bilər. Uşaq kor və ya kar qala bilər. Qızlcadan ölənlər də olur.

“Vaksindən öncəki dövürdə hər il ABŞ-da qızılcadan 500 uşaq həyatını itirirdi, 50 min insan isə xəstəxanaya yerləşdirilirdi”, Bayor Tibb Kollecindən Dr. Piter Hotez söyləyir.

Bir çox insan iki həftə içində sağalır, amma xəstəliyin təsirləri qala bilər.

Ümumdünya Səhiyyə Təşkilatından Flavia Bustreo: “Əgər uşaq qızılcaya yoluxsa, hətta Birləşmiş Ştatlar kimi bir ölkədə onun immun funksiyasında azalma müşahidə oluna bilər və beləcə uşaq zəifləyə və digər infeksiyalara yoluxmaq təhlükəsinə açıq ola bilər.”

Qızılca vaksini
Qızılca vaksini

Virus hava vasitəsilə yoluxur. Bunun üçün isə təkcə bir öksürük və ya asqırıq yetərlidir.

Bir insan qızılcanı 18 nəfərə yoluxdura bilər. O insanların hər biri isə on nəfəri yoluxdursa, xəstəlik sürətli bir şəkildə yayılar.

Əgər vaksin olmayıblarsa və ya daha öncə qızılca keçirməyiblərsə, bu deməkdir ki, virusa məruz qalan insanların 90 faizi xəstəliyə yoluxacaq.

Qızılca virusu qapı dəstəkərində, masalarda və ya hər hansı bir yerin üzərində iki saat qala bilir. Əgər həmin yerə toxunsanız, virusa məruz qalacaqsınız.

“Qızılca inanılmaz dərəcədə yoluxucudur və ona yoluxan uşaqlar xəstəliyi ağır keçirir. Qızılcaya yoluxmaq ciddi bir haldır”, Pediatr Hope Skott deyir.

Əgər uşaq qızılcaya yoluxsa, hətta Birləşmiş Ştatlar kimi bir ölkədə onun immun funksiyasında azalma müşahidə oluna bilər və beləcə uşaq zəifləyə və digər infeksiyalara yoluxmaq təhlükəsinə açıq ola bilər.
Dr. Flavia Bustreo

Qızılcanın ilk simptomlarına burun axması, öskürək, qızdırma, ardınca isə səpki daxildir.

Amerika Pediatrlar Akademiyası həkimləri uşaqlarına vaksin vurdurmağa könülsüz yanaşan valideyinləri peyvəndin faydalarına inandırmağa çağırır.

Virciniyada yerləşən Reston Pediatriya Mərkəzindən Dr. Hop Skot deyir ki, o, valideyinlərə vaksin vurdurmağı müəyyən vaxta qədər təxirə salmağa icazə verəcək.

“Biz onlarla uşaq iki yaşına çatana qədər işləyəcəyik. Əgər o zamanadək uşaq vaksin olunmasa və valideyinlər bunu etdirməyi planlaşdırmasa, biz onlardan başqa xəstəxanaya getmələrini tələb edəcəyik”, deyə o bildirir.

Qızılcanın qarşısını almağın yeganə ən yaxşı yolu iki doza qızılca vaksini qəbul etməkdir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi uşaqların ilk bir yaşından sonra, daha sonra isə 4-6 yaş arasında ikinci dəfə peyvənd olmalarını tövsiyyə edir. İki doza ilə qızılcaya qarşı 97 faiz qorunmaq olur.

XS
SM
MD
LG