Accessibility links

Düzgün qidalanma sağalma prosesini gücləndirir


Düzgün qidalanma sağalma prosesini gücləndirir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

İnsanlar hansısa xəstəlikdən və ya travmadan sonra çox vaxt yemək haqda düşünmür. Lakin bu, onların daha tez sağalmasına səbəb ola bilər.

Monika Makkomb xəstəxanadan evinə qayıdanda qidanın onun sağalmasına yardım edəcəyini düşünməmişdi. “Mən çox zəif idim. Mən heç əsa ilə də gəzə bilmirdim.”

Zəif olmasına səbəbin kifayət qədər qidalanmamaq olduğu Monikanın ağlına belə gəlmirdi. "Abbott" proqramından Suela Sulo: “Normal qidalanmamağın təsirlərini gözlə görmək çətindir olduğu üçün diaqnoz qoymaq da çətindir.”

Monika Makkomb sağlamlıq proqramına yazıldı və ona qidalanma ilə bağlı ərtraflı məlumatı onun evində verdilər.

Amerikalıların əksəriyyəti qida əldə edə bilir. Lakin evdə səhiyyə xidməti alan üç xəstədən birinın səhhəti qida çatışmazlığı səbəbindən pisləşir və sağlamlıqlarının bərpası çətinləşir. "Advocate Aurora Health" proqramından Keyti Rayli: “Evdə səhiyyə xidmətinin məqsədi əsasən qida deyil. Lakin xəstənin tez sağalması və gücünü bərpa etməsi üçün biz onun necə qidalanmasına da diqqət yetirməliyik.”

“Abbott” və “Advocate Health Care”in tədqiqatçıları xəstələrin xəstəxanalara daha az aparılması və səhhətlərinin evdə yaxşılaşdırılması yollarını araşdırır.

“Abbott”un maliyyələşdirdiyi araşdırmaların tədqiqatçılarının dediyinə görə, xəstələr qidalanma ilə bağlı maarifləndirilməlidir. Onların xəstəlik və ya xəsarətlərindən 90 gün sonra xəstəxanaya yenidən aparılması 20 faizədək azala bilər. “Xəstənin kifayət qədər qidalanmadığını biləndə onu geri, xəstəxanaya aparmır, ona faydalı içkilər verir və onun tez sağalmasına yardım edirsiniz” deyə, Suela Sulo bildirir.

Araşdırmaların əsas məqsədlərindən biri də xəstələrin evdə özlərinin düzgün qidalanmalarına yardım edən proqram yaratmaqdır. Tədqiqatçılar digər səhiyyə proqramları və xəstəxanaların da xəstələrə yardım etməsi üçün belə bir proqramdan istifadə edə biləcəyinə ümid edirlər.

XS
SM
MD
LG