Accessibility links

QHT təmsilçiləri Prezident Administrasiyası qarşısında aksiya keçirib [Video]


QHT nümayəndələrinin Prezident Administrasiyası qarşısında aksiyası
QHT nümayəndələrinin Prezident Administrasiyası qarşısında aksiyası

Onlar hesab edirlər ki, QHT-lərlə bağlı qanunlara düzəlişlər məhdudlaşdırıcı xarakter daşıyır

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin fəalları dekabrın 27-də Parlamentin QHT-lər haqqında qanunvericiliyə qəbul etdiyi düzəlişlərə etirazlarını bildirmək üçün Prezident Administrasiyası binasının qarşısına gəlib.

Onlar hesab edirlər ki, düzəlişlər məhdudlaşdırıcı xarakter daşıyır və QHT-lərin fəaliyyət şərtlərini pisləşdirir.

QHT-nin 5 nümayəndəsi Prezident Administrasiyasında qəbul edilib və vətəndaş cəmiyyətinin etiraz bəyanatını təqdim edib.

Onlar ictimai-siyasi şöbənin müdir müavini Tahir Süleymanovla bir saatdan çox söhbət ediblər, bu barədə görüşün iştirakçısı, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Süleymanov düzəliş təşəbbüsünün Prezident Administrasiyası tərəfindən verilmədiyini bidirib.

Bununla belə, o qeyd edib ki, sənəd artıq imzalanması üçün prezidentə təqdim edilib.
Lakin Süleymanovun sözlərinə görə, administrasiyanın vətəndaş cəmiyyətinin narahatlığından xəbəri var və hazırda sənəd tədqiq edilir.

Süleymanov fəallara iki gün ərzində hüquqi rəylərini bildirməyi təklif edib.

“Biz öz rəyimizi təqdim edəcəyimizi bildirdik. Amma həmçinin bəyan etdik ki, vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınmasa, etiraz hüququnu özümüzdə saxlayırıq”, deyə Qubad İbadoğlu bildirib.

Dekabrın 17-də Milli Məclis “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrantlar haqqında” qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə 8 əlavə və 50-yə yaxın dəyişiklik edib. 7 əlavə cərimələrin ölçüsünün artırılması, bir əlavə isə QHT-lərin fəaliyyətinin bir il müddətinə dayandırılması ilə bağlıdır. Düzəlişlər QHT-ləri qəsdən yol verilməmiş səhvlərə görə məhkəmə təqibi riskinə məruz qoyur.

Əlavələrə əsasən, hüquqi şəxs üçün ayrı-ayrı hüquqpozmalara görə cərimələr maksimum 8 min manat, fiziki şəxslər üçün 3 min manat təşkil edir.

QHT təmsilçiləri Prezident Administrasiyası qarşısında aksiya keçirib
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG