Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.
Fevralın 18-də İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həlak olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.